Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi və Şahbuz Rayon Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Can Azərbaycan” devizi altında yoldaşlıq görüşü keçiriləcək.
Görüş 6 fevral saat 15:30-da lichess.org onlayn internet plartforması vasitəsilə keçiriləcəkdir.
Hər komandada 6 olmaqla, görüşdə ümumilikdə 12 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirakı nəzərdə tutulur.
Yarışın yekun nəticələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının rəsmi internet saytlarında elan ediləcəkdir.
Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır.
Həmin gün yeni xidmət mərkəzinin də açılışı olub.
Bu gün ölkəmizdə səhiyyənin inkişafı dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
Fevralın 5-də Yuxarı Əndəmicdə yeni kənd mərkəzinin açılışı olub.