Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Sədərək Rayon Bölməsinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayonda yaradılmış voleybol idman növü üzrə qızlardan ibarət klublararası yoldaşlıq görüşü keçirilib.
Keçirilən görüşdə Təhsil Şöbəsinin, İdman İdarəsinin, Voleybol Federasiyasının Rayon Bölməsinin və idman klublarının idmançı şagird və müəllimləri iştirak edib.
Maraqlı keçən görüşün yekun nəticələrinə əsasən Sədərək kənd 1 nömrəli tam orta məktəbin idman klubunun komandası qalib olub və təşkilatçılar tərəfindən kubok və diplomla mükafatlandırılıb.
Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində məktəblilər arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon Bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı Gənclər və İdman İdarəsinin idman zalında stolüstü tennis üzrə qızlar arasında yarış keçirilmişdir. Yarışın keçirilməsində məqsəd idmanın stolüstü tennis növünün inkişaf etdirilməsi, şagirdlərin idmana cəlb edilməsi və idmançıların yarış bacarıqlarının yüksəldilməsindən ibarət olmuşdur.
Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Bənəniyar kənd tam orta məktəbində fiziki imkanları məhdud uşaqlara dövlət qayğısı və onların asudə vaxtlarının səmərəli təşkilinə dair tədbir keçirilmişdir.
Babək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə rəhbərliyi atletikanın qaçış növü üzrə yarış keçirilmişdir.