Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində 11 fevral 2021-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərs keçirilmişdir.
Muzeyin bələdçisi Hicran Bədəlova “Ümummilli lider Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda keçdiyi açıq dərsdə şagirdlərə geniş məlumatlar vermişdir.
Fevralın 11-də Ordubad Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Yol hərəkəti qaydaları dərnəyinin rəhbəri Nazilə Kərimzadə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə şagirdlər yol nişanlarının mənalarını izah etmiş, yol hərəkəti qaydalarına diqqət etməyin əhəmiyyəti, diqqət etməməyin həyatımıza təsirini izah edən kompozisiya canlandırmışlar.
Fevralın 11-də Ordubad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə Ordubad şəhər 3 nömrəli məktəbdə “Qrant layihə nədir və uğurlu layihə təklifi necə hazırlanır” mövzusunda seminar keçirilmişdir.
Tarixi şəxsiyyətlərimiz, dahi karifeylərimiz dövlətimizin daim diqqət mərkəzində saxlanılmaqdadır. Bu diqqətin nəticəsi olaraq bu il, 2021-ci il ölkə başcısı, cənab İlham Əliyev tərəfindən Nizami Gəncəvi ili elan olunmuşdur. 2021-ci ilin N.Gəncəviyə həsr olunması ölkəmizdə diqqətləri klassik şairimizə yönləndirmişdir. Dahi şairimizin həyat və yaradıcılığına həsr olunmuş genişşəkilli tədqiqatlar, nümayişlər, təbliğatlar yenidən canlanmışdır.
Fevralın 11-də 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klubları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.