Qədim su dəyirmanı bərpa olunub

Muxtar respublikada tarixi-mədəni irsimiz kimi qorunub-yaşadılan su dəyirmanları bu torpaqda taxılçılığın inkişafından xəbər verir. Su dəyirmanlarının Naxçıvana məxsus adət-ənənələrin yaranmasında da böyük rolu vardır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.

Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı istifadəyə verilib.

Ardını oxu...

Müasir kənd yolları inkişafın göstəricisidir

Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 11 kilometrlik yola asfalt örtük salınıb. Tikinti işləri aparılarkən yolun üzərində 228 su keçidi qoyulub, 2261 metr beton su kanalı çəkilib, 1 yeni körpü tikilib, 1-i isə təmir edilib.

Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün də geniş imkanlar açır

Həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada, əsasən, yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.

Ardını oxu...

Sağlamlığın qorunması gələcəyə təminatdır

Fevralın 5-də Nüsnüs kənd həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek otaqları vardır. Səhiyyə ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunub.

Ardını oxu...

Yeni kənd mərkəzi əhalinin vaxt itkisinin qarşısını alır

Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir.

Fevralın 5-də Nüsnüsdə yeni kənd mərkəzinin açılışı olub.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır. Kitabxanada 8062 kitab toplanıb, onlardan 1881-i latın, 6181-i kiril əlifbası ilə çap olunan ədəbiyyatlardır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg