“Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”, - deyən ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini ölkəmizdə uğurla həyata keçirməsi, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, sakinlərin rahat yaşayışı təmin edilib.
Fevralın 5-də muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub. Ümumilikdə 2 mərhələdə keçirilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərs keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Bayraq Meydanı Muzeyində 05 fevral 2021-ci il tarixdə şəhər 8, 10, 12, və 15 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə ekskursiya keçirilib.
Naxçıvan şəhər A.Nəzərəliyev adına 16 nömrəli tam orta məktəbin X sinif şagirdləri üçün Çağırışaqədərki Hazırlıq fənnindən “Kalaşnikov silahının natamam sökülüb-yığılması” mövzusunda açıq dərs keçirilib.