C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün “Bəşəriyyətin dühası Nizami Gəncəvi -880” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsi keçən muzeyin baş elmi işçisi Gülarə Babayeva qeyd edib ki, bu il Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir.
Fevralın 4-də Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Əlincə və Xanəgah kənd tam orta məktəblərinin şagirdlərinə Əlincəqala muzeyində açıq dərs keçirilib.
Fevralın 4-də Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Qarabağ Zəfəri” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Muxtar respublikada məktəblilər arasında ilk dəfə keçirilən “Mental Aritmetika” müsabiqəsinin I mərhələsi başa çatıb. Xəbər verdiyimiz kimi, müsabiqə 2 mərhələdə və ümumilikdə 200 şagirdin iştirakı ilə keçirilir. 2 turdan ibarət olan I mərhələnin birinci turu fevralın 1-də 6-9 yaş kateqoriyası üzrə 80 şagirdin iştirakı ilə keçirilmiş, 10 şagird həmin turda qalib olaraq muxtar respublika mərhələsində iştirak hüququ qazanmışdır. Fevralın 4-də keçirilən I mərhələnin ikinci turunda isə 10-14 yaş kateqoriyası üzrə iştirak edən 120 şagirddən 20-si II mərhələyə keçib.
Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində 3 fevral 2021-ci il tarixdə “Şahmat beynin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib.