Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.
Muxtar respublikada ilk dəfə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirmək məqsədilə məktəblilər arasında “Mental Aritmetika” müsabiqəsi keçirilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Müsabiqə 2 mərhələdə və ümumilikdə 200 şagirdin iştirakı ilə keçirilir.
Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridir. Bu peşə sahibləri öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Məhz buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim əməyi, sözün əsl mənasında, fədakarlıq nümunəsidir. Bu peşəyə hər zaman yüksək dəyər verən xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi:
2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərin müzakirəsi davam edir. Prosesin davamı kimi qrafikə uyğun olaraq yanvarın 29-da II sinif Azərbaycan dili və riyaziyyat dərsliyinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirə aparılıb. Müzakirə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn qaydada keçirilib.
29 yanvar 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək imtahanlarla əlaqədar mətbuat konfransı keçirilib.