Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində “2 fevral - Gənclər Günü” ilə əlaqədar tempo turnir keçirilmişdir. Yarış Şahmat Federasiyasının Culfa Rayon Bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarışda çıxış edən təşkilatçıların əməkdaşları bildirmişlər ki, 2 fevralın Gənclər Günü kimi qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Bu gün də ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Vurğulanmışdır ki, ölkəmizin, eləcə də muxtar respublikamızın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər.