Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin Tennis və Voleybol klubları arasında “2 fevral - Gənclər Günü” nə həsr olunmuş yarış keçirilib.
Tennis üzrə hər komandada 4 nəfər olmaqla ümumilikdə 3 komanda arasında yarış keçirilib. 9 görüşə yekunlaşan oyunun nəticələrinə görə Dəstə kənd tam orta məktəbin komandası I, Uşaq Gənclər İdman Məktəbinin komandası II, İnternat tam orta məktəbin komandası isə III yerin qalibi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülür, müasir standartlara cavab verən təhsil müəssisələri tikilir, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin inkişafı istiqamətində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmış, mərkəz ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində II Qarabağ müharibəsinə həsr olunmuş “Yaşasın, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilib.
Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2021-ci il üçün Təqvim Planına uyğun olaraq ümumtəhsil məktəblərinin 8, 10, 12, 14, 16 yaşlı oğlan və qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.