26 yanvar 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində ümumtəhsil məktəblərinin 8-16 yaşadək şagirdləri arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilmiş yarışda 42 şahmatçı iştirak etmişdir. Yarışın yekun nəticələrinə əsasən I yerə Dünyamalılı Şamil, II yerə Nağıyev Turan, III yerə Hüseynli Elvin layiq görülmüşdür.
Qaliblər və fərqlənən şahmatçılar təşkilatçılar tərəfindən diplomla mükafatlandırılmışdır.
Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon bölməsi və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında şagirdlərin şahmat proqramlarından istifadəsini daha da artırmaq məqsədilə
26 yanvar 2021-ci il tarixdə Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənvərvər ruhda tərbiyə edilməsini gücləndirmək, onları oxunması zəruri olan kitabların mütaliəsinə həvəsləndirməkdən ibarət olub.
Babək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində yaradılmış voleybol idman klubları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblilərin dram müsabiqəsi”nin keçirilməsi haqqında əsasnaməyə uyğun olaraq məktəblilər arasında dram müsabiqələri keçirilir. Bu məqsədlə “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin əvvəlcədən müəyyənləşdirilmiş mövzuları üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış səhnələrin məktəbdaxili seçim mərhələsi keçirilmişdir. Baxış zamanı müəyyən olunmuş qaliblər müsabiqənin fevral ayında keçiriləcək şəhər mərhələsində iştirak etmələri üçün vəsiqə qazanmışdır.