Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Türkiyənin İzmir Deha Satranc Spor Kulübü və Pakistan Akıl Sporları Satranc Kulübünün birgə təşkilatçılığı ilə “3 Dövlət, Tək Ürək” devizi altında yoldaşlıq görüşü keçiriləcəkdir.
Oyun fevralın 7-si saat 12:00-da lichess.org internet plartforması vasitəsilə keçiriləcək. Onlayn baş tutacaq görüşdə hər komandada 12 olmaqla, ümumilikdə 36 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirakı nəzərdə tutulub.
Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində olublar.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri üçün Şahtaxtinskilərin Ev Muzeyində açıq dərs keçirilib.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Gənclər Günü” münasibətilə stolüstü tennis idman klubunun üzvləri arasında yarış keçirilib
Fevralın 2-də Culfa Rayon Uşaq-Gənclər Şahmat məktəbində rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon Bölməsi və Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə təşkil olunmuşdur.