Babək şəhər 2 nömrəli tam orta məktəb ilə Rayon Uşaq Gənclər Şahmat Məktəbi rayonun qız və oğlan şagirdləri arasında “2 fevral - Gənclər Günü”nə həsr olunmuş “Dairəvi sistem” üzrə şahmat yarışı təşkil etmişdir. Yarış məktəbin I-VIII sinifləri arasında keçirilmişdir. Yarışda baş hakim kimi şahmat məktəbinin baş təlimatçısı Zakir Quliyev iştirak etmişdir.
Fevralın 2-də Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü”nə həsr olunmuş boks üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Mingəçevir və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəblərinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü”nə həsr olunmuş açıq Mingəçevir şahmat turniri keçirilib. Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbi, Migəçevir və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəblərinin hər birindən 6 olmaqla, ümumilikdə 18 müxtəlif dərəcəli şahmatçı şagirdlər iştirak edib.
Fevralın 2-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Ordubad Rayon Bölməsi, Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə Şahmat məktəbində “2 fevral - Gənclər Günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında şahmat üzrə birincilik təşkil olunmuşdur.
Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Babək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü” münasibətilə “Vətəni tanı” intellektual yarışı keçirilib. Yarışın təşkil edilməsində əsas məqsəd, şagirlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və şagirdlərə ölkəmizin bölgələrinin xəritədə tanımalarını öyrətməkdən ibarət olub.