26 yanvar 2021 - ci il tarixdə Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında rayon birinciliyi keçirilmişdir. Yarışda 16 idmançı iştirak etmişdir. Nəticələrə görə I yeri Arbatan kənd tam orta məktəbinin şagirdi İbrahimov Şükür, II yeri həmin məktəbin şagirdi Quliyev Elşən, III yeri Muğanlı kənd tam orta məktəbinin şagirdi Sultanov Sərxan tutmuşdur.
Muxtar respublika rəhbərliyinin daim diqqət və qayğısını hiss edən zəka sahibləri, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə muxtar respublika şahmatçılarının asudə vaxtlarının səmərəli keçirilməsi, təlim-məşq toplanışı və istirahətlərinin təmin olunması məqsədilə 3 gün müddətinə Ağbulaq İstirahət mərkəzinə yollanıblar.
İstənilən peşəkar idman növü insan sağlamlığında zərər yarada bilər. Amma bəzi idman növləri var ki, onlarla peşəkar və ya qeyri-peşəkar şəkildə məşğul olduqda belə insan sağlamlığı üçün heç bir təhlükə yaranmır. Kainat inkişaf etdikcə bütün sahələrdə dəyişikliklər olduğu kimi idmanda da müəyyən yenilənmələr baş verir: yeni idman növləri yaradılır, bəzi idman növlərində qaydalar müasirləşir, bəziləri isə öz “hegemonluğunu” digərlərinə təhvil verir. Yeni-yeni püxtələşməyə və kütləviləşməyə başlayan idman növlərindən biri də skandinav yürüşüdür.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Yaşasın, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birlikdə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilmişdir.