26 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib.
Müsabiqəni Təhsil nazirinin müavini Heyran Əhmədova açaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Heyran Əhmədova bildirib ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılmışdır.
Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən test sınaq imtahanlarında yüksək nəticə göstərmiş şagirdlər və fənn olimpiadasının qalibləri ilə onlayn görüş keçirilib. Görüşdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və yüksək nəticə göstərmiş şagirdlər iştirak edib.
22 yanvar 2021-ci il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə hazırladığı Tədbirlər Planına uyğun olaraq Kəngərli rayon ümumtəhsil məktəblərinin 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qız şagirdləri arasında məktəbdaxili şahmat yarışlarına start verilib.
Sədərək Rayon Təhsil Şöbəsi və Polis Şöbəsnin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilib.
Sədərək Rayon Təhsil Şöbəsnin, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində Uşaq Gənclər İdman məktəbi və İdman klubları arasında boks idman növü üzrə yoldaşlıq görüşü keçirilib.