Naxçıvanda 20 Yanvar faciəsinin 31-ci ildönümü yad edilib
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib.
Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Sonra Dövlət Himni səslənib.
Ən ağır sınaqlara sinə gərən, mübarizə alnına yazılmış Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu isbat edir. 44 günlük İkinci Vətən Müharibəsində qələbəni və itirilmiş torpaqlarımızı haqqımız olaraq aldığımız kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyi də haqq olaraq almışıq. Bu elə bir tarix, elə bir səhifədir ki, 31 il sonra belə unudulmur, xalqımızın yaddaşında əbədi olaraq yaşayır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Şərur Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və Türkiyənin nüfuzlu Mersin Modern Şahmat Klubunun birgə təşkilatçılığı ilə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş" Azərbaycan-Türkiyə şahmat klubları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.
Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tempo turniri keçirilib.
19 yanvar 2021-ci il tarixdə Şahbuz Rayon Uşaq Gənclər Şahmat Məktəbində Şahbuz Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şahbuz Rayon Bölməsinin, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir. İsveçrə sistemi üzrə 5 turdan ibarət olan bu turnirdə rayonun ümumtəhsil məktəblərindən 28 şagird iştirak etmişdir. Yarışın nəticələrinə görə I yerə İbrahimov Nicat, II yerə Yusifli Fatimə, II yerə isə Əliyev Şahin layiq olmuşdur.