Yanvarın 15-də Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilərin dram müsabiqəsinin məktəbdaxili mərhələsinə start verilib.
Məktəblilərin dram müsabiqəsinin keçirilməsində əsas Azərbaycan və dünya xalqlarının, şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
14 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski Muzeyində “Təki Vətən yaşasın-Milli Qəhrəmanlığa yüksələn yol” mövzusunda keçirilən açıq dərsdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbi, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbi və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz vətən bölünməz” devizi altında 12 komanda arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulub.