Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir

21 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiq edilən tədbirlər planına uyğun olaraq Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən “Gənc rəssam ömrü” mövzusunda keçirilən açıq dərsdə 15 şagird iştirak edib.

Ardını oxu...

Bəhruz Kəngərlinin 129 illik yubleyinə həsr olunmuş müsabiqə keçirilib

Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  Təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 129 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbi üzrə ümumilikdə 20 şagird iştirak edib. Müsabiqənin təşkil edilməsində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub.

Ardını oxu...

Şagirdlərlə profilaktik söhbətlər davam edir

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 və 13 nömrəli tam orta məktəblərin IX və XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis kapitanı Türkan Məmmədovanın “Yetkinlik yaşına çatan şagirdlərin sağlam həyat tərzi, tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və sosial şəbəkələrdən düzgün istifadə”, 1 nömrəli polis bölməsinin polis baş leytenant Toğrul Kərimlinin isə "Yetkinlik yaşına çatanlar və gənclər arasında cinayətkarlığın və hüquq pozuntularının profilaktikası mövzusunda təbliğat işinin aparılması, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması" sahəsində söhbətləri dinlənilmişdir.

Ardını oxu...

"STEAM Naxçıvanda" layihəsinin icası ilə bağlı təşkil olunan təlimlər davam edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən "STEAM Naxçıvanda" layihəsinin icası ilə bağlı təşkil olunan təlimlər davam edir. Təlimin üçüncü günü müəllimlərə  3D printerdə hazırlanan modellərin əvvəlcədən kompüterdə proqram vasitəsilə prototiplerinin hazırlanması və çap üsulu öyrədilib.

“Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirilmişdir

Babək Rayon Təhsil Şöbəsi, Polis İdarəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Babək şəhər 2 nömrəli, Şəkərabad və Yarımca kənd tam orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilmişdir.

Görüşün təşkil edilməsində məqsəd şagirdləri zərərli vərdişlərdən uzaq olmaları və sosial şəbəkələrdən düzgün istifadə etmələri barədə maarifləndirməkdən ibarət olub. Görüşün təşkilatçıları məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, cəmiyyətdəki münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg