18 yanvar 2021-ci il tarixdə Babək Rayon Uşaq Gənclər Şahmat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayondaxili şahmat turniri keçirilmişdir. Turnir Babək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Şahmat Məktəbi tərəfindən təşkil edilmişdir.
Rayon ümumtəhsil məktəbləri arasında keçirilən turnirdə hər məktəbdən 3 oğlan və 1 qız olmaqla 64 şahmatçı iştirak etmişdir. Turnir başlamamışdan əvvəl 20 Yanvar və II Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif edilmişlər.
Babək Rayon Təhsil Şöbəsi, Polis İdarəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Babək şəhər 2 nömrəli, Şəkərabad və Yarımca kənd tam orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilmişdir.
Yanvarın 18-də Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə basketbol üzrə idman klubları arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda yoldaşlıq görüşü keçirilib.
Buna təhsilə göstərilən qayğı sayəsində nail olunub
20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.