Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – qanlı və şanlı tariximiz” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda 16 yaşadək şahmatçılar iştirak edib.
19 yanvar 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək üzvü 20 Yanvar faciəsi ilə əlaqədar torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini əziz tutmaq, onları yad etmək məqsədi ilə Xatirə muzeyində və Şəhidlər Xiyabanında olublar. Xatirə muzeyinə ekskursiya zamanı dərnək üzvlərinə şəhidlərin şəxsi əşyaları, onların keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilib.
21 yanvar 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı
Yanvarın 21-də AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda açıq dərs keçirilib.