Şəhidlər unudulmur

Yüksəkliyə can atmaq insanın təbiətindəndir. O, dünyaya gəldiyi andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?!

Ardını oxu...

Voleybol idman klubları arasında yarış keçirilib

Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində yaradılmış voleybol idman klubları arasında yarış keçirilib.

Alışar kənd tam orta məktəbinin idman zalında təşkil olunan yarışda I yerə Vərməziyar, II yerə Çərçiboğan, III yerə isə Alışar kənd tam orta məktəbinin komandası layiq görülüb. İbadulla kənd tam orta məktəbinin komandası isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

18 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Ardını oxu...

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2020-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ildə də davam etdirilmişdir.

Ardını oxu...

“Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda açıq dərs keçirilib

14 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda açıq dərsdə iştirak etmişlər.

Muzeyin bələdçisi Fəridə Əliyeva şagirdlərə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək, ədəbiyyat və mədəniyyət tariximizin fəxri, iftixarı, böyük ideyalar şairi, fəlsəfi fikir əfəndisi Cavidin Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkar olduğunu söyləmişdir. Hüseyn Cavidin əsərlərinin əsas ideyası ümumbəşəri problemlərə köklənmişdir. O, əsərlərində hər zaman insanları yüksəkliyə, ucalığa, azadlığa çağırırdı. Bildirilmişdir ki, H.Cavid Azərbaycan ədəbiyyatına ilk mənzum faciəni gətirmiş dahi yazıçıdır.

Sonda şagirdlər muzeydəki eksponatlarla tanış olmuşlar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg