Culfa rayon Dizə kənd tam orta məktəbinin kitabxanasında qədim şəhərimiz Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbir keçirilib.
Tədbiri məktəbin kitabxanaçısı Dilbər Hüseynova açaraq Şuşa haqqında şagirdlərə geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqazın incisi sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmişdir. Qeyd edilib ki, əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan qədim şəhərimiz Şuşa öz zəngin təbiəti və coğrafi mövqeyi baxımından həmişə diqqət mərkəzində olmuşdur. Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal olunmuş, 28 il əsarətdə qalmış, şəhər tamamilə talan olunmuşdur. Lakin biz güclü ordumuzun şücaəti sayəsində Qarabağımızın incisi sayılan Şuşanı 8 noyabr 2020-ci il tarixdə işğaldan azad etdik.
Culfa Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə şura iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Babək Rayon Bölməsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında komanda birinciliyi keçirilmişdir.
Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin seminarı keçirilib. Seminarın işində Şahbuz Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Şahbuz Rayon Uşaq Gənclər Şahmat Məktəbində “2 fevral - Gənclər Günü” münasibətilə Şahbuz Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Şahmat Federasiyasının Şahbuz Rayon Bölməsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.