“Zəfər tariximiz” mövzusunda açıq dərs keçirilib

Sədərək rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Zəfər tariximiz” mövzusunda keçirilən açıq dərsi rayonun digər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri də onlayn izləyiblər.

Ardını oxu...

“Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib

Fevralın 10-da Naxçıvan Müəllimlər İnstitutunda “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib. Konfransda institutun professor-müəllim heyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişdir.

Ardını oxu...

Ulu yurdum Naxçıvanım

“Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.”

Heydər Əliyev

Azərbacan xalqının ümummilli lideri

Həqiqətən də ulu öndərin bu kəlamı dərin məna daşıyır. Qədim tarixə, qədim mədəniyyətə malik olan Naxçıvan özündə həm keçmişi, həm də müasirliyi birləşdirib. Naxçıvan tarixi yalnız Azərbaycanın, yalnız türk dünyasının deyil, bütövlükdə dünyanın tarixinə işıq salır. Naxçıvan dünyanın ən gözəl şəhərləri ilə yarışır. Həm tarixi, gözəlliyi, həm də mədəniyyəti ilə bütün dünyanı özünə heyran qoyur. Keçmişi ilə nə qədər öyünür, nə qədər qürurlanırıqsa, bu günü ilə də bir o qədər fəxr edirik Naxçıvanın.

Ardını oxu...

Respublika fənn olimpiadalarının şəhər və rayon mərhələsi keçirilib

Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Məktəblərdə yaradılan fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyalarının zəruri avadanlıqlarla təmin olunması, bunlarla yanaşı yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün yaradılan şərait təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir, bilik yarışları, müsabiqələr təşkil edilir. Bu tədbirlər sırasında hər il keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

“Naxçıvanın muxtariyyət tarixi” mövzusunda onlayn açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvanın muxtariyyət tarixi” mövzusunda onlayn açıq dərs keçirilmişdir.

Açıq dərsi giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev şagirdlərə mərkəz haqqında məlumat ververərək qeyd  etmişdir ki, Naxçıvanın muxtariyyəti XX əsrdə Azərbaycanın tarixi taleyində əldə etdiyi ən böyük nailiyyətdir. Naxçıvanın muxtariyyəti hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçmişdir. Diqqətə çatdırılıb ki, 1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg