Məktəblilər arasında mikrobitlə hazırlanan “Mancanaq robot” müsabiqəsi keçirilib

Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “Mancanaq robot” müsabiqəsi keçirilib.

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. Şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin tətbiqinə şərait yaratmaq məqsədilə mikrobit ilə idarə olunan və kodlaşdırılan mancanaq robot müsabiqəsində şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 32 komanda olmaqla, ümumilikdə 90 şagird iştirak edib.

Ardını oxu...

Yeni işə başlayacaq müəllimlər üçün təlimlər başladı

Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində təlimlərin,  ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Məhz bu səbəbdən yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün 3 günlük “İnnovativ müəllim” təliminə start verilmişdir. Təlimə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 14-17 dekabr 2021-ci il tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq 75 gənc müəllim cəlb edilmişdir.

Ardını oxu...

Stolüstü tennisi idman klubları arasında muxtar respublika birinciliyi keçirilib

Bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin      artırılması, ümumtəhsil məktəblərinin idman klublarının fəaliyyətlərinin qiymətləndirilməsi və stolüstü tennis idman növünün inkişafının təmin edilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri birlikdə ümumtəhsil məktəblərinin stolüstü tennis idman klubları arasında muxtar respublika birinciliyi keçirilib.

Ardını oxu...

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 24-də Elşad Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Novruz oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.

Qeyd edək ki, Elşad Məmmədov Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Bəhruz Kəngərli muzeyində növbəti interaktiv dərs keçirilmişdir

Yanvarın 24-də Bəhruz Kəngərlinin anadan olmasının 130-cu ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında interaktiv dərs keçirilib.

İnteraktiv dərsi muzeyin bələdçisi Rəna Əliyeva aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg