18 yanvar 2022-ci il tarixdə Culfa Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Culfa rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında İntellektual oyun keçirilmişdir.
Tədbirdə iştirak edən Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının Culfa Rayon İdarə Heyətinin üzvü Vəli Sərxanlı bildirmişdir ki, gənc müəllimlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Bu gün təşkil olunan “Nə? Harada? Nə Zaman?” intellektual oyunu da bu baxımdan çox böyük əhəmiyyətə malikdir.