V Qrant müsabiqə qalibi “İnkişafa dəstək dərnəyi”nin işi uğurla icra olunur

2021-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərifindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqədə qalib olmuş Naxçıvan şəhər  8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzovanın “Bərabər imkanlar, Yaradıcı inkişaf”, “İnkişafa dəstək dərnəyi” işini uğurla davam etdirir.

Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya–bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir.
İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə cəlb olunması üçün mühim addımlar atılmışdır.

Ardını oxu...

Məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir

Muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirilir. Şagirdlərdə özünə inam hissini formalaşdırmaq, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında fənn olimpiadaları keçirilir. Bu olimpiadalardan biri də respublika fənn olimpiadasıdır.

22 yanvar 2022-ci il tarixdə əvvəlcədən müəyyən edilmiş mərkəzlərdə  IX-XI sinif şagirdləri arasında məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir. 657 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25 sual təqdim olunmuşdur. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilmişdir.

Ardını oxu...

“20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs keçirilib

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Ardını oxu...

“Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərinin IV-VI   sinif  şagirdləri üçün yanvarın 18-dən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mənim sevimli məşğuliyyətim” devizi altında innovativ dərnəklərə ekskursiyaya start verilib.

Ekskursiyada şagirdlərə mərkəzdə yeni yaradılan innovativ dərnəklər haqqında  ətraflı məlumat verilib. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 12 adda yeni innovativ dərnəklər yaradılıb. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.

Ardını oxu...

Muxtar respublikada Amerikan Riyaziyyat Müsabqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 18 yanvar 2022-ci il tarixində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir. Sözügedən müsabiqə hər il Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən dünyanın 40-dən çox ölkəsində təşkil olunur.

Muxtar respublikada imtahan 8 mərkəzdə təşkil olundu. Müsabiqə üçün Naxçıvan şəhərində 296, Şərur rayonunda 145, Babək rayonunda 110, Ordubad rayonunda 48, Culfa rayonunda 44, Kəngərli rayonunda 42, Şahbuz rayonunda 34, Sədərək rayonunda 31, ümumilikdə 750 şagird öz biliklərini yoxladı.

Müsabiqədə iştirak etmiş şagirdlər onlayn qaydada qeydiyyatdan keçmişlər. Müsabiqədə şagirdlərə test formatında  25 sual təqdim olunmuş, cavablandırmaq üçün isə 75 dəqiqə vaxt verilmişdir. Müsabiqədə yüksək nəticə əldə edən hər bir şagirdə beynəlxalq sertifikat təqdim ediləcəkdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin VII-IX sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg