Çərçiboğan kənd avtomobil yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulub.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 15,8 kilometr olan yola asfalt örtük salınıb, 5,8 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, yolun üzərində 3,4 kilometr beton su kanalı çəkilib, 53 metal boru, 13 beton su keçidi qoyulub.

Çərçiboğan kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 6141 kitab vardır. Rabitə evində 672 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Hazırda kənddə 255 internet istifadəçisi vardır.

Ardını oxu...

Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərində yaradılan şərait milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir.

Yanvarın 14-də Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 1983-cü ildən fəaliyyət göstərən Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qanun, balaban, qarmon və truba olmaqla, 8 ixtisas üzrə 140 şagirdin təhsili ilə 21 müəllim məşğul olur. 2021-2022-ci tədris ilində məktəbə 29 şagird qəbul olunmuşdur. Təhsil müəssisəsində Xor kollektivi, Nəfəsli Alətlər, Xalq Çalğı Alətləri, Nağaraçalanlar ansamblları və uşaqlardan ibarət həvəskar Yallı qrupu fəaliyyət göstərir.

Ardını oxu...

Sabitlik, güclü iqtisadiyyat və inkişaf

Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəltmiş, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.

Ardını oxu...

“Naxçıvan müstəqillik illərində” mövzusunda interaktiv dərs keçirilib

AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan müstəqillik illərində” mövzusunda interaktiv dərs olub.

200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilən dərsdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mövcud olan vəziyyətdən bəhs edib. Bildirib ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məqsədyönlü addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə bu siyasət ölkə miqyasında həyata keçirilməyə başlandı.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg