Məktəblilər üçün “İnkişaf edən Naxçıvan” filmi nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 14-də  Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün Naxçıvan Televiziyasının hazırladığı “İnkişaf edən Naxçıvan” sənədli filmi nümayiş olunub.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində nümayiş olunan filmdə Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar, təhsil, səhiyyə, mədəniyyət, turizm və digər sahələr üzrə infrastruktur quruculuğu tədbirləri, bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlərdən geniş bəhs olunur.

Məktəblilər üçün təşkil olunan “İnkişaf edən Naxçıvan” filmində 100-ə yaxın şagird iştirak etmişdir.

Eksternat qaydasında imtahan keçirilib

Yanvarın 15-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib. İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak edib.      

Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin 22 noyabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək Təhsil Nazirliyində sənəd qəbulu aparılmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Ənənəvi incəsənət və sənətkarlıq nümunələri” sərgisi keçirilib

İki gün davam edən sərginin açılış mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq sərginin işinə uğurlar arzulayıb.

Rektor universitetin İncəsənət, Memarlıq və mühəndislik, Pedaqoji fakültələrinin iştirakı ilə keçirilən tədbirdə ümumilikdə 1000-dən çox sənət nümunəsinin sərgiləndiyini diqqətə çatdırıb. Rektor qardaş ölkənin universiteti ilə birgə keçirilən sərginin mühüm əhəmiyyətini qeyd edib. Bu cür görüşlərin gələcək təcrübə mübadiləsinə mühüm töhvə verəcəyinə əminlik ifadə olunub.

Ardını oxu...

“Milli mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda tədbir keçirilmişdir

Yanvarın 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Milli-mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı, bilikli və vətənpərvər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir.

Ardını oxu...

Xatirə Muzeyində açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Xatirə Muzeyində 13 yanvar 2022-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəbin, 12, 13, 14 və 15 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə açıq dərs keçirilib.

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin tarix müəllimi  Quliyeva Nailə tərfindən “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçirilən açıq dərsdə bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazılmış bir səhifədir. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixində 20 Yanvar faciəsinin özünəməxsus yeri vardır. Haqq-ədalət tələbi ilə ayağa qalxan, mərkəzi hakimiyyətin qərəzli siyasətinə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə qarşı öz etirazını bildirən xalqımız sovet ordusu tərəfindən görünməmiş qəddarlıqla cəzalandırılmış, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Bu ağır cinayət, əslində Azərbaycan xalqına qarşı kütləvi terror aktı idi.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg