Naxçıvanşünaslıq Mərkəzində açıq dərs keçirilib

Naxçıvanşünaslıq Mərkəzində 13 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan dünən və bu gün” mövzusunda açıq dərs keçirilib.

Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Tarverdiyev Nihad Naxçıvan Muxtar Respublikasının tarixi haqqında şagirdlərə məlumat verərək, onlara uğurlar arzulayıb.

Açıq dərs Naxçıvan şəhər 1, 4, 11 və 14 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi  İbrahimova Təhminə tərəfindən aparılıb.

Ardını oxu...

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2021-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov 2021-ci ildə təhsil sahəsində görülən işlərlə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində 2021-ci il ərzində Şərur rayon Şəhriyar, Dərvişlər, Ordubad şəhər 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs, Vələver, Babək rayon Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin yeni binası istifadəyə verilmiş, məktəblərin maddi-tədris bazası gücləndirilmişdir. Həmçinin Ordubad rayonunda innovativ dərnəklər yaradılmışdır. Hazırda “STEAM Tədris Mərkəzi”nin, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Şərur rayon Çərçiboğan, Babək rayon Sirab və Ordubad rayon Pəzməri məktəblərinin binalarının yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir.

Ardını oxu...

Dünyada ən məşhur Riyaziyyat müsabiqələrindən birində iştirak etmək və beynəlxalq sertifikat qazanmaq şansını qaçırma:

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 18 yanvar 2022-ci il tarixində AMC (American Mathematics Competitions) Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək. Müsabiqə hər il “Amerika Riyaziyyat Assosasiyası” tərəfindən dünyanın 40-dan çox ölkəsində təşkil olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin 7, 8 və 9-cu sinif şagirdlərinin mübarizə əzmini və problem həll etmə bacaqlarını inkişaf etdirməkdir. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 40 dəqiqə davam edəcək. Müsabiqədə şagirdlərə 25 qapalı tipli test təqdim ediləcək.Yarışın bütün iştirakçılarına beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim olunacaq.

Ardını oxu...

2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində 32 növ  imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur. Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bayram tədbiri keçirilib

Dekabrın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə konsert proqramı təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, 2020-2021-ci tədris ili ərzində də təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması davam etdirilmiş,  məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Muxtar respublikanın təhsil müəssisələrinin maddi-tədris bazaları gücləndirilmiş, sürətli internetə çıxışı olan müasir kompüterlər və elektron lövhələr quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg