“Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması” təliminə start verildi

10 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən gənc müəllimlər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması” təliminə başlanıldı.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Sahil Əlizadə çıxış edərək, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsədin təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu vurğulamışdır.  O bildirmişdir ki, 5 ildir keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikasından bu müsabiqədə ümumtəhsil məktəbləri kateqoriyası üzrə         4 layihə, fərdi kateqoriya üzrə isə 9 layihə qalib olmuşdur.

Ardını oxu...

“İlkin müəllim hazırlığının təkmilləşdirilməsi” mövzusunda Naxçıvan şəhər gənc müəllimləri ilə görüş keçirilmişdir.

7 yanvar 2022-ci il tarixdə tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin elmi-metodiki hazırlığını, peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “İlkin müəllim hazırlığının təkmilləşdirilməsi” mövzusunda gənc müəllimlərlə görüş keçirilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev çıxış edərək, ötən tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin uğurlarından və  bu gün muxtar respublikamızda müəllimlərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Bildirmişdir ki, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub

Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.

“Tərəqqi” medalı ilə təltif olunan Habil Babayev, Tutu Əhmədova, Sədaqət Quluyeva, Elnarə Məmmədova və Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Zəhra Əliyeva minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada hər bir sahənin inkişafına diqqət göstərilir. Təhsil sahəsinə də bu diqqət və qayğıdan böyük pay düşüb. Müasir standartlar səviyyəsində qurulan məktəblər ən son texnoloji avadanlıqlarla təmin olunub. Təhsilə göstərilən qayğı, müəllim əməyinə verilən qiymət bizi daha səylə çalışmağa ruhlandırır. Bundan sonra da qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, gənc nəslin vətənpərvər ruhda yetişməsində əlimizdən gələni əsirgəməyəcəyik.

Ardını oxu...

Naxçıvan Şəhər Peşə Liseyində “Peşə təhsili sahəsində kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilib

Təhsil Nazirliyi tərəfindən peşə təhsili müsəssisələrində məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsinə dair “Peşə təhsili sahəsində kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilmişdir. Dekabrın 30-da Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan seminarın məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, peşə təhsili müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və bu kimi digər vacib dəyərləri təbliğ etmək, peşə təhsili müəssisələrdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, kadr işinin və kargüzarlıq vəziyyətinin yaxşılaşdırılması, müəssisə rəhbərlərinin bu sahədəki məsuliyyətinin artırılmasından ibarətdir.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə interaktiv dərs keçirilib

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs olub. AMEA-nın Naxçıvan Bölməsində baş tutan dərs 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan MəmmədovXX əsrin 80-90-cı illərində ölkədə mövcud olan vəziyyətdən bəhs edərək həmrəyliyimizə gedən yolun tarixi haqqında ətraflı məlumat verib. Hələ Azərbaycanda hakimiyyətinin birinci dövründə ümummilli lider Heydər Əliyev tərəfindən xalqın birliyinə yönəlik məqsədyönlü tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirib ki, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması dahi rəhbərin xalqımız üçün qəbul etdiyi mühüm tarixi addımlardan biridir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg