Ordubad şəhər tam orta İnternat məktəbində sosial qayğıya ehtiyacı olan şagirdlərə hədiyyələr verilib

Dekabrın 29-da Ordubad şəhər tam orta İnternat məktəbində sosial qayğıya ehtiyacı olan məktəblilərlə görüş keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli  ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının  qorunması daim diqqət mərkəzində saxlanılır. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib

Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.

Ardını oxu...

Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəyə bayram sovqatı aparılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan şəhər Məhkəməsi və Naxçıvan Muxtar  Respublikası  Daxili İşlər  Nazirliyinin Dövlət Yol Polisi idarəsi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov  hərbi hissənin şəxsi heyətini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib.

Ardını oxu...

Ordubad rayon gənc müəllimləri arasında “Yusif Məmmədəliyev- tarixdə qoyulan iz” mövzusunda tədbir keçirilmişdir

28 dekabr 2021- ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Ordubad rayonunda  Kimya, Biologiya və Fizika müəllimlərinin iştirakı ilə görkəmli kimyaçı alim Yusif  Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Yusif Məmmədəliyev-tarixdə qoyulan iz” mövzusunda tədbir keçirilmişdir.

Əvvəlcə gənc müəllimlər Yusif Məmmədəliyevin ev muzeyini ziyarət  etmişdir. Burada gənc müəllimlər Yusif Məmmədəliyevin yaşadığı  ev və ona aid əşyalarla tanış olmuş, kimya elminə verdiyi töhfələr haqqında məlumat almışlar.

Ardını oxu...

Məktəblilər arasında “Xətt izləyən robot” yarışması keçirilib

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında Şərur rayon  Şəhriyar kənd tam orta məktəbində “Xətt izləyən robot” yarışı keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını və bu sahədəki məlumatlılığını artırmaq, robototexnika üzrə bilik və bacarıqlarının aşkar edilməsi, robotların qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarətdir.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində STEAM təhsilinin tətbiqi ilə bağlı görülən işlər haqqında danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamına əsasən hazırda Naxçıvan şəhərində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır. Bu günədək 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması və “STEAM təhsil festivalı”nın keçirilməsi istiqamətində işlər davam etdirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg