Gənc müəllimlər arasında “Nə, Harda, Nə zaman” intellektual oyunu keçirilmişdir

15 dekabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında İntellektual oyun keçirilmişdir.

Tədbirdə iştirak edən Naxçıvan Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirmişlər ki, gənc müəllimlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq və asudə vaxtalrının səmərəli keçirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Bu gün təşkil olunan “Nə, Harda, Nə zaman” intellektual oyunu da bu baxımdan çox böyük əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytı fəaliyyətə başlayıb

Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytının təqdimatı keçirilib.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri çıxış edərək qeyd etmişdir ki, muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğı sayəsində digər təhsil müəssisələri kimi Naxçıvan Dövlət Texniki Kollecində də müəllimlərin səmərəli fəaliyyət göstərməsi və tələbələrin yüksək keyfiyyətli təhsil almaları üçün zəruri imkanlar yaradılmışdır. Muxtar respublikanın əmək bazarı və kadr tələbatına uyğun olaraq kollecdə 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.Hazırda kollecdə 556 tələbə təhsil alır.Orta ixtisas təhsilinin inkişafına göstərilən diqqət kollecə marağı artırmış, təhsillərini kollecdə davam etdirmək istəyənlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Bunun təsiri özünü ilk növbədə kollecə keçirilən imtahanlarda minimum keçid ballarının yüksəlməsində göstərmişdir. Əgər 2020/2021-ci tədris ilində kollecə qəbul olanlar içərisində minimum bal 92 olmuşdursa, cari tədris ilində bu göstərici 108 bal təşkil etmişdir.

Ardını oxu...

Naxçıvanda STEAM müəllimləri üçün Beynəlxalq təlimlərə start verildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dekabrın 13-dən ümumtəhsil məktəblərinin STEAM müəllimləri üçün Beynəlxalq təlimlərə start verilib.

Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı Sərəncama uyğun olaraq keçiriləcək “STEAM təhsil festivalı”na hazırlıq məqsədilə işlər görülür.

Ardını oxu...

Naxçıvanın gənc şahmatçısı FIDE ustası adını alıb

Bu uğura muxtar respublikanın istedadlı və perspektivli şahmatçılarından biri olan Nəsrin Babayeva nail olub. Beynəlxalq reytinq göstəricilərinə əsasən 2100 xallıq həddi keçməklə (2110) normativi yerinə yetirən 16 yaşlı şahmatçımızın titulu Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təsdiqlənib. Qurumun prezidenti Arkadi Dvorkoviçin imzaladığı sənədə əsasən Nəsrin Babayeva qadınlar arasında FIDE ustası adına layiq görülüb.

Ardını oxu...

“Sabahın tədqiqatçıları-2022” alimlərlə şagirdlərin görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi bu ildə uğurla icra olunur. Layihənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və inkişaf  etdirilməsidir.

"Sabahın tədqiqatçıları-2022" layihəsinə bu il Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 50 şagird cəlb olunub. Həmin şagirdlər muxtar respublikamız üçün əhəmiyyətli olan müxtəlif mövzularda 29 alimlə birgə  5 istiqamətdə (Azərbaycan dili, Tarix, Biologiya, Kimya, Fizika) tədqiqatlar aparır. Biologiya istiqaməti üzrə bu il layihəyə 10 şagird cəlb olunub və onlar 8 mövzu üzrə 7 elmi rəhbərlə birgə tədqiqatlar aparırlar.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg