Sədərək rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Sədərək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində  muxtar respublikamızda yeni məktəblərin istifadəyə verilməsi, onların müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunması, laboratoriya və fənn kabinələrinin yaradılması, pedaqoji heyətin əməyinin qiymətləndirilməsi ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur.

Ardını oxu...

Futbol idman klubları arasında muxtar birinciliyi keçirilib

Bədən tərbiyəsi və idmanın məktəblilər arasında  kütləviliyinin   artırılması, uşaq futbolunun inkişafının təkmilləşdirilməsi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi məqsədilə dekabrın 16-sı və 17- si tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri birlikdə ümumtəhsil məktəblərinin futbol idman klubları arasında muxtar respublika birinciliyi keçirilib.

Birincilikdə 9 komanda iştirak edib. Birincilik rayondaxili və final mərhələsində keçirilmişdir. Birinci mərhələnin qalib komandaları final mərhələsində qarşılaşıblar. Oyunların yekun nəticəsinə əsasən Naxçıvan komandası I,Culfa rayon komandası II, Ordubad rayon komandası  III yeri tutaraq qalib olublar.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 16 dekabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Naxçıvan Qarnizonu tam orta məktəbi, Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 20 şagird iştirak edib.

Naxçıvan Qarnizonu tam orta məktəbinin tarix müəllimi Əsgərova Ceyhunə keçdiyi açıq dərsdə bildirib ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Ardını oxu...

Şərur rayon təhsil işçilərinə seminar keçirilmişdir

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblərdə müasir məktəb direktoru necə olmalıdır?, kargüzarlığın təşkili, məktəb sənədlərinin aparılması, müəllimlərin müxtəlif təlimlərə və eləcə də qrant müsabiqələrə cəlbi, xüsusi istedada malik şagirdlərin aşkarlanması və məktəbin idarə olunmasına dair seminarlara start verilmişdir. Bu məqsədlə 15 dekabr 2021-ci il tarixdə Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ilk seminar keçirilmişdir. 2 gün davam edəcək seminarda Şərur Rayon Təhsil Şöbəsinin əhatə etdiyi bütün ümumtəhsil məktəblərinin məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, eləcə də Təhsil şöbəsinin əməkdaşları iştirak edəcəklər.

Ardını oxu...

Culfa rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Culfa rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd etmişdir ki,  dövlət qayğısı nəticəsində Culfa rayonunda yerləşən bütün məktəblər üçün yeni binalar inşa edilib, məktəb binaları müasir tədris avadanlıqları, kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, açıq idman qurğuları və idman zalları ilə təmin olunmuşdur. Culfa rayonunun təhsilində qazanılan nailiyyətlər göstərilən bu diqqət və qayğının nəticəsidir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg