“Ulu yurdum Naxçıvanım” adlı inşa yazı müsabiqəsi keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlərin təşkili haqqında “Tədbirlər Planı”na uyğun olaraq Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Ulu yurdum Naxçıvanım” adlı inşa yazı müsabiqəsi keçirilib.

Ardını oxu...

Muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti barədə müşavirə keçirilib

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, həmin tarixli Sərəncamına əsasən isə Zahid Əjdər oğlu Gözəlov Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin ediliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov muxtar respublikanın daxili işlər orqanlarında yol verilən nöqsanlar barədə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov muxtar respublikanın daxili işlər orqanlarının yeni ştat strukturu barədə çıxış edib, yol verilən nöqsanları aradan qaldıracaqlarına söz verib.

Ardını oxu...

Naxçıvanda sahibkarlarla görüş olub

Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,-fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin yolunu uğurla davam etdirməsi sahibkarlığın inkişafında da yeni mərhələnin əsasını qoyub, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılıb. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, yerli istehsalın həcmi artıb. Digər bir tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açıb. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırıb. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır.

Ardını oxu...

Müəllimlərin sertifikatlaşmasının müsahibə mərhələsi başlayıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.

Yanvarın 17-dən başlayaraq sertifikatlaşdırmanın I mərhələsi – test mərhələsi keçirilir və bu proses aprelin 7-dək davam edəcək. Test mərhələsində ilk olaraq riyaziyyat müəllimləri iştirak etmiş və bu mərhələdə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplamış 151 təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Ardını oxu...

Məktəblilərin “Dram” müsabiqəsinin şəhər və rayon mərhələsi başa çatıb

Fevral 2-də şagirdlərin ədəbiyyata olan marağının artırılması, onlarda nitq mədəniyyətinin formalaşdırılması, istedad və bacarıqlarının üzə çıxarılması, mütaliəyə sövq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin “Dram” müsabiqəsinin şəhər və rayon mərhələsinə yekun vurulub.

Yekun tədbirdə Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələri, məktəbdənkənar müəssisələr və Heydər Əliyev adına Hərbi Liseyin kollektivi iştirak edib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg