Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 19-da “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı keçirilən seminarda Naxçıvan, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, və Sədərək rayon təhsil şöbələrinin və təhsil müəssisələrinin əlaqələndiriciləri iştirak etmişlər.
Seminarda Regional Bölmənin rəhbəri Sabir Məmmədov 2022-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 18 noyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində fizika müəllimləri üçün laborator təlimin keçirilməsinə start verilib. Təlimin keçirilməsində əsas məqsəd fizika fənninin tədrisi zamanı ümumtəhsil məktəblərində laboratoriya kabinələrinin imkanlarından səmərəli istifadə etmək, qarşıya çıxan problemlər, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin fizika fənninə marağının artırılması, praktikyönümlü tapşırıqların tədbiqi haqqında müəllimlərə metodiki köməklik göstərməkdir.