Soyuq döyüş bölgəsində xidmət nümunəvi təşkil olunub

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.

Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.

Ardını oxu...

“Yay məktəbi”ndə tələbələr üçün növbəti STEAM dərsləri keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.

Ardını oxu...

“Açıq kitabxana” layihəsi adı ilə kitab oxu aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay Tədbirlər Planı”na əsasən avqustun 17-si Şərur, Kəngərli və Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında ilk dəfə “Açıq kitabxana” layihəsi adı ilə açıq hava altında kitab oxu aksiyası keçirilib və oxucularla kitabların müzakirəsi aparılıb. Şərur şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 20-yə yaxın dərnək üzvü və dərnək rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada gənc nəslin bilikli, savadlı və intellektli formalaşması üçün göstərilən dövlət qayğısından, yaradılan hərtərəfli şəraitdən, ümumtəhsil məktəblərində keçirilən tədbirlər və onların əhəmiyyətindən danışıb.

Ardını oxu...

Kəngərlidə “İdman sağlamlıqdır” mövzusunda boks idman klublarının idmançılarına yay məşqləri keçirilib

Bu gün Kəngərli rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Yay Tədbirlər Planına uyğun olaraq “İdman sağlamlıqdır” mövzusunda boks idman klublarının idmançılarına yay məşqləri keçirilib.

Məşqlərin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, asudə vaxtın səmərəli təşkilindən ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələri haqqında geniş məlumat verərək bildirmişdir ki,  müstəqillik dövründə muxtar respublikada bütün təhsil müəssisələri, o cümlədən məktəb binaları, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrində müasir elm və təhsil infrastrukturu formalaşdırılmışdır. Bunlarla yanaşı şagirdlərin asudə vaxtlarının, onların intellektual səviyyəsini və istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikada məktəbdənkənar təhsil müəssisələri, şahmat və musiqi məktəbləri fəaliyyət göstərir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg