Rayon birinciliyi keçirilib

Uşaq Gənclər İdman Məktəbin  “Yay tədbirlər plan”ına  uyğun olaraq Sədərək Rayon Təhsil Şöbəsinin , İdman İdarəsinin və Uşaq Gənclər İdman Məktəbinin  birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis idman növü üzrə qızlardan ibarət klublar arasında rayon birinciliyi keçirilib.

Keçirilən görüşdə Təhsil Şöbəsinin, İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 14 qız idmançı şagirdləri iştirak edib.

Gərgin və bir o qədərdə maraqlı keçən birinciliyin yekun nəticələrinə əsasən I yerə Cansu Zeynalova,  II yerə  Gülay Salahova  və III yerə isə Sevinc Məmmədova  layiq görülmüşlər.

Qalib idmançılar təşkilatçıların diplom, fəxri fərmanları ilə təltif ediliblər.

Olimpiada qalibləri mükafatlandırılıblar

İstedadlı şagirdlərin aşkara çıxarılmasında, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək məqsədilə keçirilən Respublika fənn olimpiadasında muxtar respublikanın 26 məktəblisi qalib olmuşdur. İyulun 27-də Respublika fənn olimpiadasının qaliblərinə medal və diplomlar təqdim olunmuşdur.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi, laboratoriya və STEAM kabinələrinin yaradılması təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Ardını oxu...

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 2-14 avqust 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının QRAFİKİ

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 2-14 avqust 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının QRAFİKİ ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

"https://dim.nmr.az/pdf_senedler/test_imtahani_02_08_2021.pdf"

“20 iyul Beynəxalq Şahmat Günü”nə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Şahmat məktəbləri arasında Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbində komanda birinciliyi keçirilib

Keçirilən birincilikdə Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək rayon Uşaq Gənclər Şahmat məktəblərinin hər birində 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı Şahmatçı şagirdlər iştirak edib.

Hər komandada 2 qız 4 oğlan olmaqla ümumilikdə isə 48 şahmatçı şagird iştirak etmişdir.

Keçirilən birincilikdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Beynəlxalq hakim Emin Hacıyev yarış haqqında iştirakçıları məlumatlandırmış, qaydalar haqqında geniş məruzə olunmuşdur. Təsdiq olunmuş Əsasnaməyə görə, keçirilən yarışda muxtar respublikanın məktəbli şahmatçıları iştirak edir. Yarış dairəvi sistem ilə keçirilir, komandanın qələbəsinə 2 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə hesablancaqdır. Xallar bərabər olduqda şəxsi xallar hesablanacaq, şəxsi xallar bərabər olarsa öz aralarındakı oyun və birinci taxta nəzərə alınacaqdır. Komanda birinciliyin keçirilməsində məqsəd şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətidir deyə vurğlayaraq iştirakçılara uğurlar arzulamışdır.

Ardını oxu...

“STEAM yay məktəbi” uğurla başa çatdı

16 iyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” uğurla başa çatıb. Yekun tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov iştirak ediblər.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg