STEAM tədris metodu uğurla tətbiq edilir

“Təhsil millətin gələcəyidir” deyən xalqımızın ümummilli lideri Heydər Əliyev   hər zaman təhsil sahəsinə yüksək qayğı ilə yanaşırdı.  Ulu öndər 1969-cu ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini diqqətdə saxlayırdı. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli liderimiz xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirirdi.

Ardını oxu...

Naxçıvanlı STEAMçılar yay məktəbində

Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texnologiyalar təqdim olunur, faydalı fikirlər ortaya çıxır. Gündəlik həyatımızı daha da asanlaşdırıb sürətləndirmək üçün bir-birindən fərqli innovativ layihələrə zərurət yaranır.

Yaxın keçmişə nəzər salsaq, hər birimiz dünyamızın son on ildə texnologiya və sənaye sahələrində keçmiş olduğu əvəzolunmaz inkişafı rahatlıqla görə bilərik. Qəbul etməliyik ki, bu inkişafa nail olmaq daha da irəliyə gedə bilmək üçün mühəndis, proqramçı dizaynerlərin sayının artmağı olduqca vacibdir. Bu səbəblə dünya təhsilində araşdırmalar göstərir ki, gələcəkdə innovativ inkişaf üçün ehtiyac duyacağımız bu ixtisas sahələrinə olan tələbatı qarşılamaq üçün yeni təhsil metodundan istifadə vacib amillərdəndir. Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə inteqrasiya olunmuş tətbiqi yeni təhsil metodu olan STEAM-ı ortaya çıxardı.

Ardını oxu...

"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi istifadəyə verilib

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib, ən müasir mətbəə avadanlıqları quraşdırılıb, maddi-texniki baza gücləndirilib. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

2020-2021-ci tədris ilində təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə attestatları, qızıl və gümüş nişanlar təqdim olundu

İyulun 29-da Naxçıvan Dövlət Texniki Kollecində 2020-2021-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla, o cümlədən fərqlənmə attestatları ilə təltif olunan məzunları təbrik etdi, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.

Ardını oxu...

Tempo turniri keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-gənclər şahmat məktəbinin Yay Tədbirlər Planına uyğun olaraq ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında Tempo turniri keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda şagirdlərin yay tətili dövründə asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarət olub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg