• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün152
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə8642
mod_vvisit_counterBu ay28133
mod_vvisit_counterÜmumi2968944

Tarix: 17 Yan., 2025

“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün onlayn seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 30-da Şəhər və Rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün onlayn seminar keçirilib.

Seminarda regional Bölmənin əməkdaşı Səməndər Nəsirov 2021-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.

Ardını oxu...

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

Ulu öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır.

Ardını oxu...

Sədərək kənd 1 nömrəli tam orta məktəbdə tarixi fənnindən açıq dərs keçirilib

Noyabrın 28-də Sədərək kənd 1 nömrəli tam orta məktəbdə tarixi fənnindən açıq dərs keçirilib. “Əfşarlar İmperiyası” mövzusunda keçirilən açıq dərsdə Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşları da iştirak edib.

Məktəbin tarix müəllimi Vurğun Əsgərli tərəfindən şagirdlərə Əfşarlar dövləti haqqında məlumat verilərək bildirilib ki, Əfşarlar sülaləsi qədim türk sülalələrindən biridir. Bu sülalənin ən tanınmış nümayəndəsi Nadir şah olmuşdur.

Ardını oxu...

Naxçıvan Şəhər Şahmat Mərkəzində Tempo turnir keçirilib

Noyabrın 28-də Naxçıvan Şəhər Şahmat Mərkəzində Tempo turnir keçirilib. Muxtar respublika şahmatçıları arasında keçirilən yarışın məqsədi şahmatın kütləviliyini təmin etməklə yanaşı bu idman növü üzrə azyaşlı şahmatçıların təcrübəsini artırmaqdır. Naxçıvan Şəhər Şahmat Mərkəzində hər ayın sonuncu həftəsinin şənbə günü ənənəvi olaraq keçirilən tempo turnirlərində beynəlxalq səviyyəli usta şahmatçılar, müəllimlər, şagirdlər qarşılaşır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg