Şahbuz Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəblərinin istedadlı şahmatçı şagirdləri arasında "Zəfər bizimdir, Qarabağ Azərbaycandır!" devizi altında tempo yarışı keçirilib. İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışın yekun nəticəsinə görə 1-ci yerə Şahin Əliyev, 2-ci yerə Fatimə Yusifli, 3-cü yerə Zamin Məhərrəmli layiq görülüb.İlk 10 yeri tutan yarış iştirakçılarına pul mükafatları və yarış təşkilatçılarının diplomları təqdim olunub.