Sentyabrın 4-də Şərur rayon Təhsil Şöbəsi və Şərur Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında mini futbol üzrə rayon birinciliyi keçirilib.