Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın xilasının əsasını qoymuşdur. Dahi şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi tədbirlər ölkəmizin bugünkü inkişaf və tərəqqisinə hesablanmışdır. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Son 25 ildə Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturu müasir tələblər səviyyəsində qurulmuş, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş və su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırmışdır. Nəticədə vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuşdur.