3 Mart 2020-ci il tarixdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”ın siyahısında olan Nizaminin “Hikmət və Nəsihətlər”inin müzakirəsi keçirilmişdir.
Tədbirdə məktəbin şagird və azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdirlər.
Müzakirədə məktəbin sinifdənxaric və məкtəbdənкənаr tərbiyə işləri üzrə direktor müavini Səkinə Tağıyeva və digər çıxış edənlər bildirmişdirlər ki, bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.
Sonda şagirdlərin kitab haqqında düçüncələri dinlənilmişdir.