28 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində məktəbdənkənar fəaliyyətin təşkili ilə əlaqədar ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçı) və uşaq birliyi təşkilat rəhbərlərinin qeyd olunan sahə üzrə fəaliyyətlərinin istiqamətləndirilməsi ilə bağlı seminar keçirilib.
Seminarın məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və bu kimi digər vacib dəyərləri təbliğ etmək, təhsil işçilərinə qabaqcıl təlim sistemini tanıtmaqdan ibarətdir.