Şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, məqsədilə fevralın 23-də keçirilən Respublika fənn olimpiadasının yarım final turunun nəticələri məlum olmuşdur.
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilmiş respublika fənn olimpiadasının yarımfinal turunda iştirak edən 218 nəfər muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən 87 nəfəri qalib olmuşdur.
Adları aşağıda qeyd olunan olimpiada qalibləri fənn olimpiadasının final turunda iştirak etmək hüququ qazanmışlar.