• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün15
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2689
mod_vvisit_counterBu ay46951
mod_vvisit_counterÜmumi2931090

Tarix: 24 Dek., 2024

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini qəbul edib

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlətimizin başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının region mərhələsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının region mərhələsi keçirilib. Müsabiqə-festivalın məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi bəstələmiş Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.

Müsabiqə-festival muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri və liseylərin 11-17 yaş arası istedadlı şagirdləri (11-14 yaş və 15-17 yaş) arasında iki yaş qrupunda keçirilib.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

Naxçıvan Şahmat Mərkəzində “Respublika yarışlarındakı oyunların təhlili”, “Şahmat oyununda kompüter proqramlarından istifadə” və “Sonluqlara aid məsələ həlləri” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub. İlk iki dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev, sonuncu dərs isə beynəlxalq usta Toğrul Həsənzadə tərəfindən keçirilib.

Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Respublika yarışlarındakı oyunların təhlili” mövzusunda keçirilən interaktiv dərsdə məktəbin şagirdlərinin Respublika yarışlarında oynadıqları oyunlar haqqında məlumat verilib təhlil olundu. Şagirdləri maraqlandıran vəziyyətlər izah olundu.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Şahmat oyununda kompüter proqramlarından istifadə” mövzusunda keçirilən dərsdə şahmat oyununda istifadə olunan proqramlar haqqında məlumat verildi. Emin Hacıyev tərəfindən müəllimlərə şahmat oyununa aid kompüter proqramlarından istifadəyə aid suallar verilərək, fikir mübadiləsi edildi. Müasir dövrdə belə proqramlardan istifadə edilməsinin vacibliyi vurğulandı. Suallar cavablandırıldı.

Şahmat məktəbləri ilə “Sonluqlara aid məsələ həlləri” mövzusunda keçirilən interaktiv dərsdə isə sonluqlara aid məsələ və etüdlər həll olundu. Belə vəziyyətlərdə necə düşünmək lazım olduğu izah olundu.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

“Labirint həll edən robotlar” mövzusunda növbəti interaktiv dərs keçirilib

STEAM uşaqlarda erkən yaşlardan incəsənətə və elmlərə maraq oyatmaq məqsədi daşıyan təhsildir. Bu təhsil yanaşmasının mühüm hissəsi ondan ibarətdir ki, STEAM metodu ilə təhsil alan şagirdlər sadəcə mövzunu deyil, eyni zamanda necə sual vermək, sınaqdan keçirmək və yaratmağı da öyrənirlər.

Təhsilalanlarda belə mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq dekabrın 14-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib. Təhsil Nazirliyinin təlimçisi Nailə Kazımova tərəfindən keçirilən interaktiv dərs dekabr ayında keçiriləcək “Labirint həll edən robot” müsabiqəsinə hazırlıq məqsədi daşıyır. Dərsdə müsabiqəyə necə hazırlaşmalı, hansı alqoritmanı qurmalı və necə kodlaşdırma etməli kimi məsələlərə toxunulmuşdur. Keçirilən bu dərs şagirdlər üçün həm öyrədici, həm də yarışlara hazırlıq üçün motivasiya xarakteri daşıyır.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg