Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 131 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib. Müsabiqənin təşkilində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub.