"Naxçıvan Muxtar Respublikası-96" devizi altında Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatı ilə birgə keçirilmişdir. Yarışda rayon ümumitəhsil məktəblərinin oğlan və qız şahmatçı şagirdləri və Culfa rayon sakinləri iştirak etmişlər. Yarışda 42 şahmatçı iştirak etmişdir.
İlk 10 yerin qaliblərinə təşkilatçılar tərəfindən diplom və pul mükafatı verilmişdir.