• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün68
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2742
mod_vvisit_counterBu ay47004
mod_vvisit_counterÜmumi2931143

Tarix: 24 Dek., 2024

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

 

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq. Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.

Heydər Əliyev adına tam orta məktəbdə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir

 

Yanvarın 17-də Heydər Əliyev adına tam orta məktəbdə 20 Yanvar hadisəsinin 30-cu ildönümü münasibətilə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra aparıcılar tərəfindən bu şanlı günün Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olması qeyd olunmuş və bu günün tarixi barədə geniş məlumatlar verilmişdir. Milli azadlıq hərəkatımıza edilən qəsdin-20 Yanvar faciəsinin əsl mahiyyəti məhz Heydər Əliyevin düzgün siyasətinin nəticəsində xalqa çatdırıldığı, nə silah, nə də tankların xalqın əzmini sındıra bilmədiyi, 20 Yanvarın Azərbaycan xalqının birlik və qəhrəmanlıq tarixi olaraq yaddaşımıza yazıldığı şagirdlərə çatdırılmışdır.

Ardını oxu...

Xatirə Muzeyində “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda açıq dərs keçirilmişdir

17 yanvar 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 12, 13, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda 11 nömrəli tam orta məktəbin tarix müəllimi Abdullayeva Sona Nazim qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

Ardını oxu...

"20 yanvar günü xalqımızın qəhrəmanlıq səlnaməsidir" devizi altında məktəblilər arasında arasında "Şahmat" yarışı keçirilmişdir

Sədərək rayon Qaraağac kənd tam orta məktəbində 17 yanvar 2020-ci  il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin tədbirlər planınına əsasən  "20 yanvar günü xalqımızın qəhrəmanlıq səlnaməsidir" devizi altında  məktəblilər arasında  arasında "Şahmat" yarışı  keçirilmişdir. Yarış 20 yanvar şəhidlərinin xatirəsini yad edilməsi məqsədilə 1 dəqiqəlik sükutla açıq elan olundu. Tədbirdə məktəbin direktoru Ayaz Əliyev  çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisəsindən 30 il ötür.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg