15 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edir.