28 dekabr 2019-cu il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı”ilə əlaqədar olaraq Sədərək kənd 2 nömrəli tam orta məktəbində intellektual bilik yarışması keçirilmişdir. Yarışda Sədərək rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Təhsil şöbəsinin əməkdaşları və 2 nömrəli məktəbin şagird müəllim kollektivi iştirak etmişdir. Yarış məktbin IX-XI sinifləri arasında Kəhriz, Sərhədçi, Zirvə, NOT-XI-lər və Məzunlar komandalarının arasında baş tutmuşdur.